YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabadda şəhid İsmayıl Məmmədovun ailəsi ziyarət olunub

Sabirabadda Vətən müharibəsi şəhidi İsmayıl Məmmədovun xatirəsi doğum günündə anılıb.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Sabirabad Rayon İcra Hakimiyyətinin əməkdaşı Nurağa Rüstəmov şəhidin doğulub boya-başa çatdığı, ailə üzvlərinin yaşadığı ünvanı ziyarət ediblər. Görüşdə şəhidin ailəsinə dərin hüznlə başsağlığı verilib, İsmayılın həyatından və keçdiyi şərəfli döyüş yolundan geniş bəhs edilib.

Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.