YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sumqayıtda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

Qubadlı rayonunun Dondarlı kənd sakini şəhid Mustafayev Rüfət Zöhrab oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov və partiya fəalları, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Sumqayıt şəhərinin axundu Hacı Rauf, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbir iştirakçıları Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Qubadlı RİH başçısının müavini Allahverdi Haqverdiyev bildirib ki, cəmi 44 gün ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm döyüş meydanında, həm də informasiya məkanında mənfur işğalçının və onun havadarlarının illərlə hazırladıqları və həyata keçirməyə çalışdıqları xain planlarını boşa çıxartdı, böyük səbir, təmkin və qətiyyətlə döyüş meydanında misilsiz hərbi zəfər qazandı, erməni ordusunu darmadağın etdi.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov qeyd edib ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərərək, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Şəhidin atası Zöhrab Mustafayev şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.