YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

I Avropa Oyunlarına biletlərin kütləvi satışına başlanıldı

Bu gün saat 13:00-dan etibarən Bakı 2015 Birinci Avropa Oyunlarına biletlərin satışına start verilib.

Bu gün Bakının “Park bulvar” Ticarət Mərkəzində biletlərin satışına başlanılıb. Bununla bağlı Park Bulvarda təntənəli mərasim düzənlənib. Mərasimdə çıxış edən tanınmış incəsənət xadimləri vətəndaşları ilk dəfə keçiriləcək Avropa Oyunlarına biletlərin alınmasında fəal olmağa çağırıblar.

BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Miryam Bogataj Trend-ə bildirib ki, biletləri aprelin 3-dən etibarən şəhərdəki bilet satışı məntəqələrindən əldə etmək mümkündür.

M.Bogataj biletlərin qiymətləri ilə bağlı məsələyə də aydınlıq gətirib.

“BEGOC-un rəsmisi qeyd edib ki, Avropa Oyunlarına ümumilikdə satışa 600 bilet çıxarılacaq.

O, həmçinin biletlərin “qara bazar”da satılmasının və müxtəlif spekulyasiyaların qarşısını almaq üçün tədbirlər görüləcəyini də açıqlayıb.

M.Bogataj bildirib ki, biletlərini onlayn alan bütün tamaşaçılar onları qabaqcadan əldə etmək imkanı qazanacaqlar. İyunun 12-dən əvvəl biletlərini götürən bütün tamaşaçılar oyunların tərəfdaşları və dəstəkçiləri tərəfindən maraqlı hədiyyələr əldə etmək şansını qazanacaqlar.

Bununla belə, yarış obyektlərinə daxil olmaq üçün 3 apreldən etibarən hər hansı satış məntəqəsində uşaqlar üçün xüsusi pulsuz bileti əldə etmək lazımdır. Bu pulsuz biletlər şəhər bilet satışı məntəqələrindən və yarış obyektlərinin kassalarindan doğum haqqında şəhadətnaməni təqdim etməklə əldə edilə bilər. Pulsuz biletlər doğum haqqında şəhadətnamə, fiziki qüsurlu şəxslər üçün isə tibbi şəhadətnaməni təqdim etməklə alına bilər.

Biletlərlə bağlı əlavə məlumatları 2015 telefon nömrəsi ilə və ya baku2015.com internet saytından almaq mümkündür.