YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada şəhid Nizami Aydəmirovun xatirəsi anılıb

Qubada Vətən müharibəsi şəhidi Aydəmirov Nizami Elçin oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova və Aparat əməkdaşları rayonun Şəhidlər xiyabanında Bağbanlı kəndindən olan qəhrəman vətən oğlunun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Təşkilat nümayəndələri şəhidin ailə üzvlərinə də baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Torpaqlarımızın azadlığı,Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları bizim qürur mənbəyimizdir. Onların keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Şəhidlərimiz kimi, ailələri də bizim üçün çox qiymətli və dəyərlidirlər.

Qeyd edək ki, Nizami Aydəmirov 2020-ci il oktyabrın 7-də Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Prezidentin Sərəncamlarına əsasən, o, ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv