YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Türkiyə səfəri iki qardaş ölkə arasındakı müttəfiqliyin daha da genişlənməsinə töhfə verəcək

Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi, Azərbaycan Türkiyə qardaşlığının bariz sübütu olmaqla yanaşı bir çox məsələlərin müzakirəsi baxımdan  böyük əhəmiyyət kəsb edir. Azərbaycanla Türkiyə arasındakı əlaqələr dostluq, qardaşlıq, müttəfiqlik münasibətlərinə əsaslanır və  bu əlaqələr bütün sahələr üzrə davamlı şəkildə yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrarası əlaqələrin sürətli şəkildə inkşaf edərək ali formaya çatması Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, səfər çərçivəsində ölkə prezidentləri arasında keçirilən görüşün 4 saatdan çox davam etməsi, ökələrin təhlükəsizliyinin təmin edilməsi baxımından və digər sahələr üzrə məsələlərin ətraflı müzakirəsindən, ümumilikdə görüşün səmərəli və məhsuldar keçməsindən xəbər verir: “Ankara görüşü iki qardaş ölkə arasındakı müttəfiqliyin daha da genişlənməsinə öz töhfəsini verəcək”.

Bu gün istər regional istərsə də dünya miqyasında mürəkkəb geostrateji proseslər cərəyan etməkdədir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, belə şəraitdə Cənab Prezident İlham Əliyevin Türkiyəyə səfər etməsi bir daha ölkə başçımızın müdrik, uzaqgörən xarici siyasətinin və iki qardaş ölkənin hər zaman bir-birinin yanında olmasının göstəricisidir:           

 “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır. Var olsun Azərbaycan Türkiyə birliyi, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”