Xəbərlər
Yevlax rayonunda Şəhid Rəşad Budaqovun məzarı ziyarət edilib
YAP Yevlax rayon təşkilatının rəhbərliyi və əməkdaşları, Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının və Yevlax şəhər Təhsil şöbəsinin, Uşaq Gənclər İdman Şahmat Məktəbinin nümayəndələri, Vətən müharibəsi şəhidi Rəşad Budaqovun doğum günü münasibətilə Yevlax Şəhidlər xiyabanında məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad edib, ailə üzvlərinə dərin hüzünlə başsağlığı veriblər.
Şəhid Rəşad Budaqovun ailə üzvlərinin, Şəhidin xidmət etdiyi hərbi hissənin şəxsi heyətinin, qazilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə şəhidin ruhuna dualar oxunub, məzun olduğu məktəbin şagirdləri tərəfindən şəhidin xatirəsinə hazırlanan bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə Yevlax şəhər Uşaq Gənclər İdman Şahmat Məktəbinin şəhidlərin xatirəsinə həsr etdiyi idmanın şahmat növü üzrə keçirilən rayon turnirinin qaliblərinə Şəhidlərin ailə üzvləri tərəfindən UGİŞM-in fəxri fərmanları təqdim olunub.
Sonda şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.