YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəngəzur dəhlizi dünya xalqları üçün sülh, dostluq və inkişaf dəhlizidir

Məlahət İbrahimqızı

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı

Artıq beynəlxalq ictimaiyyətə də məlumdur ki, Müzəffər Ali Baş Kamandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm ZƏFƏR bölgəmizdə yeni reallıqlar yaranmışdı. Məhz bu reallıqlar bölgədə bütün sahələr üzrə əməkdaşlıq, işbirliyi və dialoq üçün yeni platformanın yaranmasını zəruri etmiş və qısa müddət keçməsinə baxmayaraq  müxtəlif formatda əməkdaşlığın əsası qoyulmuşdur. Qəhrəman Milli Ordumuzun  qazandığı bu Zəfər təkcə Azərbaycan xalqı üçün deyil, həm Cənubi Qafqaz xalqları, həm də bütövlükdə Avrasiya üçün yeni üfüqlər və yeni perspektivlər yaratmışdır. Hazırda inşa prosesi başlamış tarixi Zəngəzur dəhlizi Şərqlə Qərb, Avropa ilə Asiya, Şimal ilə Cənub arasındakı iqtisadi, siyasi, humanitar və mədəni əlaqələri yeni mərhələdə daha da möhkəmlənməsində mühüm rola və əhəmiyyətə malik olacaqdır. Xüsusilə də Azərbaycanla Türkiyə, eləcə də könül coğrafiyamız olan Türk dövlətləri arasında qardaşlıq, dostluq, işbirliyi sahəsində bu dəhlizin verəcəyi töhfələr misilsizdir. Bu mənada  bugünlərdə Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının son iclası çərçivəsində imzalanmış sənədləri tarixi sənədlər adlandırmaq olar. Bildiyimiz kimi Dövlət komissiyasının 15-ci iclası çərçivəsində bir sıra sənədlər eləvə də Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında, həmçinin “Azərbaycan Televiziya və Radio verilişləri” QSC ilə İran Radio və Televiziyası arasında anlaşma memorandumları kimi sənədlər imzalanmışdır. Xüsusi qeyd etmək istərdim ki, imzalanmış sənədlər arasında ən diqqətçəkici sənəd “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”dur.

Ən böyük diplomatik uğurlardan biri olan “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu” müasir tariximizdə imzalanmış ən əhəmiyyətli sənədlərdən biridir.

Bu Memorandum Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasına hüquqi əsas verir. Memorandumun əsas məqsədi bu tarixi dəhlizin funksionallığına tam hüquqi təminat verməklə həm də siyasi əhəmiyyətinidə yaradır.

Daha doğrusu bu sənəd Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutur. Əminik ki, Zəngəzur dəhlizinin inşası bitdikdən sonra fəaliyyəti ilə dünya xalqları üçün dostluq, sülh və inkişaf dəhlizi olacaqdır.