YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubada Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Qubada Vətən müharibəsi şəhidləri rayonun Aşağı-Atuc kənd sakini Xüsusi Təyinatlı Dəstəsinin (XTD) çavuşu Orucov Afər Yafət oğlunun və Əlibəyqışlaq kənd sakini Fətəliyev Səmural Ayaz oğlunun doğum günləri münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova  və Aparat əməkdaşları, Quba bələdiyyəsinin sədri Humay Məmmədova Vətən müharibəsi şəhidlərinin ailələrinə baş çəkiblər. Ziyarət iştirakçıları ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova  bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir: “Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər”.

DİGƏR Xəbərlər Arxiv