YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə şəhid Elvin Mustafayevin məzarı ziyarət edilib

Gəncədə şəhid Mustafayev Elvin Fəxrəddin oğlunun doğum günü qeyd olunub. Anım tədbirində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Milli Məclisin deputatları Pərvin Kərimzadə, Müşfiq Cəfərov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncə Şəhidlər xiyabanında qəhrəmanın məzarını ziyarət edən mərasim iştirakçıları Elvinin Vətənə, torpağa, elə-obaya güclü bağlılıq hislərindən danışıb, şəhidimizin əziz xatirəsini ehtiramla anıblar. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Elvin Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Elvin Mustafayev 27 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub.