YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Son illər dövlət büdcəsinin parametrlərini xarakterizə edən bütün göstəricilərdə müsbət dinamika müşahidə olunur

«Son illər dövlət büdcəsinin parametrlərini xarakterizə edən bütün göstəricilərdə müsbət dinamika müşahidə olunur. Dünya ölkələrində qlobal böhranın hökm sürdüyü bir ərəfədə Azərbaycanda hər sahədə əhalinin rifahının yüksəlməsi, ictimai siyasi sabitlik, milli həmrəyliyin möhkəmlənməsi müşahidə olunur və bu, ölkədə aparılan islahatların məntiqi nəticəsidir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, ötən il Azərbaycanın ÜDM-i 73 milyard dollar təşkil edib. Onun sözlərinə görə, hazırda adambaşına düşən ÜDM-in həcmi 7.8 min dollardır.

«Azərbaycan regionlarında qaynar həyat hökm sürür» deyən, komitə sədrinin sözlərinə görə, bölgələrdə aqrar sektorun, sənayenin inkişafına yönələn proqramlar həyata keçirilib. «Heç bir dövlət borc almadan yaşaya bilməz. Biz o borcları innovasiyalı inkişaf naminə alırıq. Borc artırsa, bununla yanaşı ÜDM-in həcmi ona nisbətdə daha çox artır. Bu gün dünyada 100-dən artıq ölkə var ki, borc içindədir. Cəmi 5-6 ölkə var ki, az borcu olan ölkələr sırasındadır. Azərbaycan da son illər ərzində çalışır ki, bu ölkərlə sırasında yer tutsun»- deyə, komitə sədri vurğulayıb.