YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Martın 14-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və İran İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Nazirliyin Mətbuat xidməti idarəsindən bildirilib ki, tədbirdə XİN-in rəhbər heyəti, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə ölkəmizdə fəaliyyət göstərən bir neçə şirkətin rəhbərləri iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan və İran arasında mövcud tarixi bağlar, birgə dəyərlərin və adət-ənənələrin, ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafına şərait yaratdığını bildirib. Nazir müavini 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü, o cümlədən Azərbaycan-İran sərhədini bərpa etməsini və Prezident İlham Əliyevin iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırmasını xüsusi olaraq vurğulayıb. E.Məmmədov post münaqişə mərhələsində regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasının bölgənin sülh və inkişafına töhfə verəcəyini qeyd edib.

Daha sonra çıxış edən İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi dost, qardaş, qonşu Azərbaycan və İran arasında diplomatik əlaqələrin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb. Səfir, həmçinin 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması naminə canlarından keçən şəhidləri hörmətlə anıb. Seyid Abbas Musəvi Azərbaycan və İran arasında beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlığı məmnunluqla vurğulayıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İran arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.