YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Koreya Respublikasının yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Yun Sok Yola təbrik məktubu göndərib.

Məktubda Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında təşəkkül tapmış dostluq əlaqələrinə böyük əhəmiyyət verdiyini bildirib.

“İnanıram ki, bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edəcək ölkələrimiz arasındakı qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq xalqlarımızın rifahı naminə birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir”, - deyə məktubda qeyd olunub.

Dövlətimizin başçısı, həmçinin Koreya Respublikasının Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.