YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Elvin Mustafayevin xatirəsi doğum günündə anılıb

Vətən Müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və partiya fəalları, Göygöl Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sərdar Balayev, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin xatirəsinə inşa olunmuş bulaq kompleksinin açılışı olub. Açılış mərasimində şəhidin döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. Məktəblilər Vətənə, qəhrəmanlara həsr olunan şeirlər səsləndiriblər.

Tədbir iştirakçıları şəhidin ailə üzvlərinə də baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.