YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN: Martın 14-dək Ukraynadan ölkəmizə 7500 nəfər təxliyə edilib

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının və onların ailə üzvlərinin qonşu dövlətlərin ərazisindən keçməklə Azərbaycana təxliyəsi davam edir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, martın 14-dək Azərbaycana 7500 nəfər təxliyə edilib. Onlardan 3 minə yaxını çarter reysləri, 4500-dən çoxu isə avtobuslarla təxliyə olunub.

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən Rumıniyanın Yassi və Buxarest, Polşanın Katoviçe şəhərlərindən indiyədək 15 çarter reysi təşkil olunub. Bu reyslərlə əsasən qadınlar, uşaqlar, yaşlılar, xəstələr və digər həssas qrupa daxil olan vətəndaşlarımızın təxliyəsinə üstünlük verilib.

Ukraynada daimi və müvəqqəti yaşayan, səfərdə olan soydaşlarımızın bu ölkədəki vəziyyətlə əlaqədar, həmçinin şəxsi imkanları hesabına Azərbaycana gətirilməsi həyata keçirilir.

DİGƏR Xəbərlər Arxiv