YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir: 2021-ci ildə Azərbaycanda sosial-iqtisadi inkişaf tempi davam edib

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində 2021-ci ildə Azərbaycanda sosial-iqtisadi inkişaf tempi davam edib. İnkişafdan hər bir vətəndaşın bəhrələnməsi, işğaldan azad olunmuş ərazilərə əhalinin qayıdışı məqsədilə Prezident “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ilə bağlı Sərəncam imzalayıb. Hökumət tərəfindən strategiya artıq təsdiq üçün təqdim olunub.

Bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, Azərbaycanda makroiqtisadi tarazlığın qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Pandemiyaya baxmayaraq, həyata keçirilən çevik tədbirlər, vaksinasiya nəticəsində məhdudiyyətlərin aradan qaldırılması iqtisadi fəallığın bərpa olunmasına imkan verib.