YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi qazilərinin qayğıları daim diqqət mərkəzindədir

Ölkəmizdə şəhid ailələri, müharibə qaziləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi, Gəncə şəhərində də diqqət mərkəzində saxlanılır.

YAP Gəncə şəhər təşkilatı Vətən müharibəsinin qazilərinin sosial problemlərinin araşdırılmasına, aradan qaldırılmasına dəstək vermək məqsədi ilə problemlərinin aid olduğu idarə, müəssisə və təşkilatların rəhbərləri ilə görüşlər keçirir.

Bu dəfə Vətən müharibəsi qaziləri YAP Gəncə şəhər təşkilatının Qərargahında Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdiri Elxan Məmmədov ilə görüşüb, problemləri müzakirə edib, onların həlli yollarını müəyyənləşdiriblər.

YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib ki, qazilərin və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biridir. Şəhidlərimizin ailə üzvlərinin, müharibə iştirakçısı qazilərin problemlərinin tam aradan qaldırılması üçün dövlətin həyata keçirdiyi sosial siyasətə dəstək olmaq bizim vətəndaşlıq borcumuzdur.