YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən siyasi mədəniyyətdir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Lakin Novruz bayramı Azərbaycan xalq üçün başqa daha müqəddəs dəyərlərə sahibdir. 1998-ci ildə hələ yeni ayağa qalxmağa çalışan müstəqil Azərbaycan Respublikasının Ulu öndəri dəyərli şəxsiyyət Heydər Əliyev demişdir ki, - “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.

Novruz bayramı, bayram adət-ənənələri sadecə sadə xalq arasında deyil siyasi arenalardada qeyd olunur. Novruz bayramlaşma təcrübəsi, qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyətdir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.

İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.

Azərbaycan xalqı artıq əvvəlki sevincinə, xoşbəxtliyinə qayıdır. Bizə bu anları, bu bayram sevincini yaşadan Prezident cənab İlham Əliyevə, bütün şəhid ailələrinə, qazilərimizə, müzəffər ordumuza, bütövlükdə dəmir yumruq olmuş Azərbaycan xalqına, qəlbən MƏN AZƏRBAYCANLIYAM deyən hərkəsə dərin minnətdarlıq bildirirəm.