YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Sərdar Berdiməhəmmədova təbrik məktubu göndərib.

Məktubda Prezident İlham Əliyev Azərbaycan RespublikasıNIN tarixi, dini və mədəni köklərlə bağlı olduğu qardaş Türkmənistan ilə ənənəvi dostluq əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib.

“İkitərəfli münasibətlərdə mövcud olan yüksək səviyyəli siyasi dialoq, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə inkişaf edərək ölkələrimizin rifahına xidmət edəcəkdir”, - deyə təbrik məktubunda qeyd olunub.

Dövlətimizin başçısı bu xoş fürsətdən istifadə edərək Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycana səfərə dəvət edib.

Sonda Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədova möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkmənistanın firavanlığı naminə qarşıdakı ali dövlətçilik fəaliyyətində müvəffəqiyyətlər diləyib.