YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Novruz bayramına həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimovanın, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadənin, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasovun və fəal gənclərin iştirakı ilə Gənclər Evində Novruz bayamına həsr olunmuş bayram tədbiri keçirilib.

Əvvəlcə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamlayaraq Novruz bayramının mahiyyətindən bəhs edib. Təşkilat sədri Azərbaycan xalqının Novruz ənənələrinə uyğun olaraq haqq-ədaləti, mənəviyyatı əsas tutmaqla daim bütün xalqlarla dostluq, həmrəylik və əmin-amanlıq şəraitində yaşamağa üstünlük verdiyini qeyd edib. Bildirib ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur: “Novruz ənənələrinə xüsusi önəm verən ulu öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyikvəsiyyətini Azərbaycan xalqının arzularını Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Bunun üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Həm də ona görə ki, zəngin tariximizi və rəngarəng folklorumuzu özündə ehtiva edən, yeni günün, yeni həyatın oyanışını təcəssüm etdirən Novruz bayramı ölkəmizdə geniş şəkildə qeyd olunur.”

Göygöl Rayon İHB-nın müavini Kəmalə İbrahimova da çıxışı zamanı Novruz bayramının səciyyəvi xüsusiyyətlərindən danışıb.

Sonra məktəblilərin əl işləri və rəsm sərgisinə baxış keçirilib. Tədbir bayram konserti ilə davam etdirilib.