YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında “Milli maraqlar və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının akt zalında baş tutan Nərimanov rayonu ərazisində İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat qrupunun növbəti iclası “Milli maraqlar və həmrəylik mövzusunu əhatə edib.  

İclasda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi Azad Hümbətovun atası Arif Hümbətov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayon Ağsaqqallar Şurasının üzvü Kamil Babayev, tarixçi müəllim, YAP Nərimanov rayon təşkilatının fəal üzvü Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin və Kollecinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov, maarifləndirmə qrupunun üzvləri və gənclər iştirak ediblər.

İclası giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev açaraq, bildirib ki, milli maraqlarımız və mənəvi dəyərlərimiz bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərmiş, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynamışdır. Azərbaycan xalqının bir millət kimi formalaşması və milli dövlət qurmasının əsas amillərindən biri zəngin mənəvi dəyərlər sisteminə malik olmasıdır deyən S.Vəliyev onu da vurğulayıb ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Ulu Öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoymuşdur. Bu yanaşmanın məntiqi nəticəsi kimi biz geridə qoyduğumuz 44 günlük Vətən müharibəsində multikulturalizm siyasətinin dövlətimiz üçün nə qədər gərəkli olduğunu gördük. Ali Baş Komandan İlham Əliyev tərəfindən uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi 44 günlük aktiv müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail olduğunu təşkilat sədri xüsusi vurğulayıb.

Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən müharibəsi şəhidi Azad Hümbətovun atası Arif Hümbətov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayon Ağsaqqallar Şurasının üzvü Kamil Babayev, tarixçi müəllim, partiyanın fəal üzvü Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin və Kollecinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə milli həmrəyliyə və sağlam dialoqa  xidmət  edən  siyasi  islahatlar  nəticəsində Azərbaycanda  milli  maraqların  üstünlük  təşkil etdiyi dövr yaşandığını qeyd ediblər. Ölkə rəhbəri İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapdığını bildirən natiqlər, Cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında mühüm rol oynadığını və qazanılmış bu Qələbənin ölkədə milli birliyi daha da gücləndirdiyini bildiriblər. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yerdə fədəkarlıq, qəhrəmanlıq göstərmişlər, vətən uğrunda şəhid olmuşlar, Azərbaycan bayrağı altında  döyüşmüş, qəhrəmanlq nümunələri göstərərək, doğma torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzi bərpa etmişlər.