YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub

Astarada Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudovun, Astara Rayon İcra Hakimiyyətinin və YAP Astara rayon təşkilatının təşəbbüsü ilə Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunub.

Ziyarət iştirakçıları Aprel şəhidi Pəncəli Teymurovun, İkinci Qarabağ müharibəsi şəhidləri Əhməd Ağayev, Kənan Hacıyev, Nurlan Rəhimov, Rövşən Ramazanov, Orxan Babazadənin ailələrinə baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar. Görüşlərdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov vətənpərvər, mərd və şücaətli övladlar yetişdirdiyinə görə şəhid valideynlərinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman Şəhidlərimizin əziz xatirələrini uca tutacağı, şəhid ailələrinin hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.