YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaxda Vətən müharibəsi şəhidinin məzarı ziyarət olunub

Qaxda Vətən müharibəsi şəhidi İzzətzadə Elgün Bəhruz oğlunun doğum günü ilə əlaqədar xatirəsi anılıb.

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Qax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Malik Həmzəyev, Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov, Qax bələdiyyəsinin sədri, şəhidin təhsil aldığı məktəbin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri Elgün İzzətzadənin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra partiya fəalları şəhidin ailəsinə baş çəkərək, onlara dərin hüznlə başsağlığı veriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv