YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı ərəfəsində YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları Qarabağ müharibəsi qazilərini ziyarət ediblər

Bu gün Ulu Öndərimizin milli dəyərlərimizin yaşadılması ilə bağlı müəyyənləşdirdiyi yol uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində müstəqil Azərbaycan və onunla birlikdə milli-mənəvi dəyərlərimiz də dünyada tanınır və qəbul edilir. Xalqımızın milli dəyərləri içərisində Novruz bayramı mühüm yer tutur. Bu dəyərləri əsas götürən YAP Sumqayıt şəhər təşkilatının əməkdaşları İlaxır çərşənbədə Qarabağ müharibəsi qazilərini ziyarət ediblər.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qazilərlə görüşdə artıq ikinci ildir ki, Novruz bayramını Qarabağımızın işğaldan azad olunması timsalında ölkəmizin ərazi bütövlüyünün bərqərar olduğu şəraitdə qeyd etdiyimizi vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi.

Ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş igidlərimizin ruhu qarşısında baş əydiyini ifadə edən Ramiz Hüseynov Respublikamızda Ali Baş Komandanın göstərişi ilə şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həllinin daim diqqət mərkəzində olduğunu bildirdi.

Görüşdə dövlətimizin hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşdığı, bu baxımdan çox mühüm layihələr həyata keçirildiyi, Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə bu istiqamətdə icra olunan işlərin nəticəsini sosial cəhətdən xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın daha çox hiss etdiyi, Ali Baş Komandanın qətiyyəti ilə Şanlı Ordumuz tərəfindən torpaqlarımızın düşmən tapdağından azad olunması və əsgərlərimizin qəhrəmanlıqlarından fəxrlə söhbət açılmış, 30 illik işğala və həsrətə son qoyulduğu bildirilmişdir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, müharibə iştirakçıları bu diqqətə görə minnətdarlıqlarını bildirmişlər.

Ziyarətlərdən sonra axşam bayram tonqalı qalanmış və Qarabağ müharibəsi qaziləri ilə bərabər ilaxır çərşənbəsi Bayram tonqalı ətrafında qeyd edilmişdir.