YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qusarda şəhid övladının doğum günü qeyd edilib

Qusar rayonunda Vətən müharibəsi şəhidi Hüseynov Kərim Tərlan oğlunun yadigarı Nicatın 3 yaşı qeyd olunub. Bu münasibətlə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov və partiya fəalları, rayonda fəaliyyət göstərən iş adamı Tofiq Səlimov şəhidin ailəsini ziyarət ediblər. Tədbir iştirakçıları ailənin gündəlik qayğıları ilə maraqlanıb, onlara bayram sovqatları, şəhid övladlarına hədiyyələr təqdim ediblər.

Şəhidin atası Tərlan Hüseynov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.