YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisə növbədənkənar VI çağırış seçkilərinin keçirilməsi köklü islahatların bir parçası idi

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Respublikamızda 9 fevral 2020-ci ildə Milli Məclisə seçkilər keçirilmişdir. Bu, Azərbaycanda ilk növbədənkənar parlament seçkiləri idi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi.

Azərbaycanda çoxpartiyalı sistem mövcuddur. Həmçinin, Milli Məclisdə 11 siyasi partiya və çoxsaylı bitərəflər təmsil olunur. Xüsusilə, müxalifət partiyalarının təmsilçilərinin VI çağırış Milli Məclisin Komitələrinin rəhbərliyində təmsil olunması dövlətimizin siyasi sisteminin möhkəm olmasının, sağlam zəmində olduğunun bariz nümunəsidir.

10 mart 2020-ci il tarixində Milli Məclisin ilk iclasında Prezident İlham Əliyev iştirak etmişdir. Cənab Prezident V çağırış Milli Məclisin deputatlarının ölkəmizin uğurlu inkişafı istiqamətində böyük rol oynadıqlarını, parlament tərəfindən qəbul edilmiş qanunların uğurlu inkişafımızın hüquqi bazasını gücləndirdiyini, VI çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz tohfəsini verəcəyinə əminliyini ifadə etmişdir. Prezident İlham Əliyev çıxışı zamanı informasiya mühafizəsi ilə, sosial siyasətlə, gənclər siyasəti ilə, beynəlxalq fəaliyyətlə, iqtisadi islahatlarla, nəqliyyat sahəsi ilə bağlı bir sıra mühüm məsələlərə toxunmuşdur. Sonda cənab Prezident bizim bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcəyimizi, Azərbaycan Parlamentinin də bu işdə fəal olacağına əmin olduğunu bildirdi.

9 fevral 2020-ci il tarixində növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək olmuşdur. Ölkədə aparılan islahatlar parlamentdən yan keçə bilməzdi, çünki xüsusilə, islahatların keçirilməsində deputatların da üzərinə böyük məsuliyyət düşür. Məhz, parlamentin əsas işi qanunvericilikdir.