YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: İşğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında səhra missiyası həyata keçirilib

Aİ, BMT və Dünya Bankının birgə “Bərpa və sülh quruculuğunun qiymətləndirilməsi” komandası ilə səmərəli müzakirələr apardıq.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter səhifəsində etdiyi paylaşımda bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, səhra missiyası işğaldan azad edilmiş Ağdam, Füzuli və Cəbrayıl rayonlarında həyata keçirilib. Azərbaycan Hökumətinin münaqişədən sonrakı yenidənqurma gündəliyinin səylərinə beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.