YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz bayramı dostluğu, həmrəyliyi, yüksək mənəviyyatı özündə əks etdirən bayramdır

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Qədim zamanlardan Azərbaycan xalqı Novruz bayramını öz milli bayramı kimi böyük təntənə ilə qeyd edib. Lakin 30 ilə yaxın torpaqlarımız işğal altında olan zaman xalqımız Novruz bayramını qeyd etsə də, ürəklərinin dərinliyində bir niskillik hiss olunurdu. Ulu öndər Heydər Əliyev hər il Novruz bayramı ərəfəsində məcburi köçkünlərlə görüşərdi. Ulu öndər hər görüşündə söyləyirdi ki, gün gələcək biz işğal altında olan bütün torpaqlarımıza dönəcəyik və orada Novruz bayramı keçirəcəyik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında ordumuz torpaqlarımızı işğaldan azad etdi.  2021 ci ilin Novruz bayramında cənab İlham Əliyev mədəniyyət paytaxtımız olan Şuşa şəhərinə gəldi və Cıdır düzündə Novruz tonqalı yandırdı.

Azərbaycan mədəniyyətinin, incəsənətinin, özünəməxsus adət-ənənələrinin dünyada tanıdılmasında və təbliğində Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Məhz Mehriban xanımın sayəsində tarixi-mədəni abidələrimiz, incəsənət nümunələrimiz dünya Qeyri-Maddi Mədəni İrs siyahısına salınmışdır. Novruz bayramı da Mehriban xanımın böyük səyi nəticəsində UNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Novruz bayramı elə bir dünyavi dəyərləri özündə əks etdirir ki, bu bayram təkcə türk xalqlarının deyil,bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Təsadüfi deyil ki, 23 fevral 2010 cu il tarixdə BMT Baş Assambleyasının 64 cü sessiyasında martın 21-i "Beynəlxalq Novruz Günü" elan olunub.

Novruz bayramı dostluğu, həmrəyliyi, yüksək mənəviyyatı özündə əks etdirən bir bayramdır. Xalqımızın ən gözəl adət-ənənələrindən biri də Novruz bayramında bütün küsülülərin barışmasıdır. Ailələr bayrama xüsusi hazırlaşır, böyük süfrələr açılır, süfrəyə Novruza aid təamlar qoyulur.

Ölkəmizdə Novruz bayramı siyasətdə də öz ab-havasını göstərir. Bayram münasibətilə Prezident İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.

Novruzun 4 bayram çərşənbəsinin hər biri özündə fəlsəfi məna daşıyır. Su, Od, Yel, Torpaq çərşənbələrinin hər birinin öz anlamı var. Novruz bayramında bişirilən hər bir şirniyyatın öz mənası var. Bütün bu təamların görünüşündə fəlsəfi bir anlam yaşayır. Novruz bayramındakı adət ənənələrimizlə tanış olduqda, süfrələrdəki təamların mənasını öyrəndikdə Azərbaycan xalqının nə qədər qədim, eləcə də təbiət möcüzələrindən xəbərdar, dərin elmi biliyə malik bir xalq olduğunun şahidi olursan.