YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır. Bir il əvvəl - 5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib. Tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

İlk növbədə qeyd edim ki, partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi, bu müddət ərəfəsində Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi. YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi-əyani ifadəsidir.  Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir. Partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır. YAP-ın VII qurultayında müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata keçirilməsi oldu. Partiyamızda təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır.  İlk növbədə qarşıda duran vəzifələrə uyğun olaraq YAP-ın fəaliyyətinin institusional əsaslarının gücləndirilməsi, normativ hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür. Yeni Azərbaycan Partiyasında  uçot  sisteminin  təkmilləşdirilməsi  üçün  müvafiq  addımlar  atılıb və bu istiqamətdə iş davam etdirilir.  Partiyada bütün üzvlərin fərdi uçot sisteminin müasir standartlara, informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişaf mərhələsinə uyğun qurulmasına nail olunacaq və  olunub. Yeni  Azərbaycan Partiyasının Proqramının təsdiq edilməsi və Yeni Azərbaycan Partiyasında  üzvlük  haqlarının  məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi məsələləri çıxarılıb, hər iki sənəd müzakirələrdən sonra yekdilliklə təsdiq edilib. YAP-ın VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş, partiyamızın yaradıcısı Heydər Əliyevin müəllifi olduğu proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olub. Qürur hissi ilə vurğulamaq lazımdır ki, partiyamızın proqramı Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə çatdırıb. Yeni proqram isə, əsasında ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir. 5 fəsildən ibarət olan proqramda regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapıb. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin digər iclaslarında həm partiyadaxili, həm də YAP-ın ictimai-siyasi proseslərdə iştirakı, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar müxtəlif məsələlərə dair müzakirələr aparılıb, adekvat qərarlar qəbul edilib. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə tədbirlərin keçirilməsi də milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən dövlətin strateji maraqlarının müdafiəsi naminə ictimai rəyin formalaşması baxımından da önəmlidir. Vətən müharibəsində qazanılmış möhtəşəm qələbənin strateji prosesə çevrilməsi, diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atılır. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır. Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoyması xüsusi diqqətə çatdırılmalıdır. İki hakim siyasi partiya dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələri daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoyub, bu istiqamətdə müvafiq siyasi, hüquqi addımlar atır. Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirdi. Bütövlükdə, bu təmaslar, tədbirlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verir. Dost ölkələrin hakim partiyaları ilə əlaqələrimiz də uğurla davam etdirilir. 30 il bir ölkə və siyasi partiya üçün nə az, nə çoxdur. Burada əsas amil güclü və qətiyyətli lider faktoru, həmçinin xalq-iqtidar birliyi, milli həmrəylikdir. Azərbaycan xalqı xoşbəxt və şanslıdır. Çünki xalqımız istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır. Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti müstəsna əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdəndir. Bu, çoxəsrlik dövlətçilik tariximizin Heydər Əliyev erasının çox mühüm səhifələrindən biri, yeni Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır.

YAP-ın yaradılmasının 30-cu ildönümünü qürurla, iftixarla qarşılayır və qeyd edirik. Çünki Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü-qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. YAP qalib xalqımızın Zəfər partiyasıdır.  Sözsüz ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası yeni mərhələdə - bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir. YAP, Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və sabahın partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP-sı sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək, ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək.

DİGƏR Xəbərlər Arxiv