YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazax Şəhidlər xiyabanında iməclik keçirilib

Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının və könüllülərin iştirakı ilə qarşıdan gələn əziz, milli bayramımız olan, təmizliyə, saflığa, həmrəyliyə, birliyə xidmət edən Novruz bayramı münasibəti ilə Qazax rayonunun Şəhidlər xiyabanında ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq iməclik keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub, məzarları üstünə qərənfillər düzülüb.

İməclikdə Şəhidlər Xiyabanı ərazisində təmizlik və səliqə - səhman işləri aparılıb.