YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səbail rayonunda yaşayan şəhid ailələri ziyarət edilib

Novruz bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və Aparat əməkdaşları şəhid ailələrini ziyarət ediblər.

Əvvəlcə YAP Səbail rayon təşkilatının əməkdaşları və şəhid ailələri ilə birlikdə Qarabağ müharibəsində canlarından keçən şəhidlərimizin məzarları ziyarət edilib.

Daha sonra təşkilat nümayəndələri şəhid ailələrinə baş çəkərək, onlara bayram sovqatı verib, qayğıları ilə maraqlanıblar.

YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, şəhidlərimizə rəhmət, qazilərə şəfalar diləyib.

M.Nağıyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.