YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Şamaxı rayon təşkilatının yaranmasının 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının yaranmasının 29-cu il dönümü ilə əlaqədar tədbir keçirilib.

Əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və partiya fəalları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə YAP-ın qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, müstəqilliyimizin ilk illərində YAP-ın yaranması tarixi zərurətə çevrilmişdi. Onun sözlərinə görə, Azərbaycanın parçalanması təhlükəsi xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız ulu öndər Heydər Əliyevi xilaskar kimi görürdü. 21 noyabr 1992-ci ildə yaranan partiya ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. Tural Qasımlı həmçinin, 2021-ci ildə keçirilmiş YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların və partiyada həyata keçirilən islahatların əhəmiyyətindən danışıb.

Sonra Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, təqaüdçü Nəzakət Abdulrazaqova, mədəniyyət şöbəsinin nümayəndəsi Rəfail Tağızadə, Veteranlar Şurasının sədri Ağarza Bayramov və ADPU-in Şamaxı filialının müavini Şasəddin Mikayılov çıxış edib. Qeyd olunub ki, 29 il öncə 17 nəfər fədakar şəxsin təşəbbüsilə yaradılan YAP Şamaxı rayon təşkilatı hazırda 8 mindən çox rayon sakinini öz ətrafında birləşdirir. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edib.

Azərbaycanda həyata keçirilən islahatların davamlı xaraket aldığını söyləyən Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, qarşıya qoyulan əsas vəzifə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri nəticəsində postmünaqişə dövrünün reallıqlarının gerçəkləşdirilməsi, soydaşlarımızın işğaldan azad edilmiş Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışının tezləşdirilməsidir.

T.Məmmədov deyib ki, YAP-ın VII qurultayında Zəfərimizin reallıqlarına uyğun qərarlar qəbul olunub, Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin Birinci müavini təyin edilməsi onun dövlət başçısı İlham Əliyevlə birlikdə Azərbaycanımıza daha möhtəşəm uğurlar qazandırmasına əsaslanır. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərin gerçəkləşdirilməsinə davamlı töhfələrində öz aydın ifadəsini tapıb.

Sonda bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.