YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən uğrunda şəhid olan ata və övladı anıldı

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və partiya fəalları, Göygöl Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sərdar Balayev, qazi və şəhid ailələrinin üzvləri Birinci Qarabağ müharibəsi şəhidi Bayram Həsənovun oğlu, Vətən müharibəsi şəhidi, Şuşa fatehi Vüsal Həsənovun doğum günü münasibətilə Göygöl Şəhidlər xiyabanında Vətən qəhrəmanları olan ata və oğulun məzarlarını ziyarət ediblər. Şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, müqəddəs ruhlarına dualar oxunub.

Sonra təşkilat nümayəndələri şəhid Vüsal Həsənovun ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.  

Ziyarət zamanı şəhidlərin döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi şəhidin ailəsinə təqdim olunub. 

Şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.