YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında gənclərlə görüş keçirildi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun rayonun gəncləri ilə görüşü keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov gəncləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Xalqımızın zəngin adət-ənənələrindən geniş söhbət açaraq Novruz bayramının tarixi və fəlsəfi əhəmiyyəti haqqında ətraflı danışdı. Vüsar İsmayılov Azərbaycan gənclərinin hərtərəfli inkişafı və fəallığının daha da artırılması, dünyada dövlətimizi və xalqımızı layiqincə təmsil etmələri üçün dövlət siyasətinin uğurla həyata keçirilməsindən bəhs etdi. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan və uğurla icra olunan dövlət gənclər siyasətinin bu gün dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırdı. Bu sahənin inkişafının daim diqqətdə saxlanılması üçün ölkəmizdə icra olunan dövlət proqramları haqqında ətraflı danışaraq onların uğurlu və məqsədyönlü nəticələrindən söhbət açdı. Gənclərin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən islahatlardan ətraflı danışaraq onların müxtəlif sahələrdə öz bilik və bacarıqlarına uyğun işlə təmin edilməsi və cəmiyyətdə layiqli təmsil olunması üçün çoxsaylı dövlət proqramlarının icra olunmasını nəzərə çatdırdı. Xüsusilə gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə bir sıra idman komplekslərinin inşası, onların faydalı məşğulluğa cəlb edilməsi mühüm prioritet istiqamətlərdən biri kimi uğurla reallaşdırılır. Xaricdə dövlət hesabına təhsil alan gənclərimizin sayının günbəgün artdığını, onların beynəlxalq səviyyədə fəal təmsilçiliyinə şəraitin yaradılması, dövlətimiz və xalqımız üçün layiqli vətəndaşlar və kadrlar olaraq yetişmələri istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığını bildirdi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın simasında gənclərimizin ölkə həqiqətlərimizin dünyaya tanıdılması üçün fəal rol oynadıqlarını, yüksək təşəbbüskarlıq nümayiş etdirdiklərini qürurla vurğuladı. Yeni Azərbaycan Partiyasının gənclərinin ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan danışan Vüsar İsmayılov, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gəncləri salamlayaraq partiyanın Gənclər Birliyi tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verdi. Partiya gənclərinin ictimai-siyasi fəallığından danışan Bəxtiyar İslamov onların daha da savadlı, dünyagörüşlü, yüksək intellektual səviyyəli, fəal gənclər olaraq yetişmələri üçün görülən işlərin bundan sonra davam etdiriləcəyini diqqətə çatdırdı. Gənclər birliyinin beynəlxalq əməkdaşlığa yüksək əhəmiyyət verdiyini bildirərək bir sıra ölkələrin iqtidar partiyalarının gənclər birlikləri ilə edilən qarşılıqlı səfərlər və keçirilən görüşlərin gənclərin inkişafına önəmli töhfə olduğunu açıqladı. Gənclər Birliyinin sədrinin sözlərinə görə Cənubi Qafqaz regionunun ən mütəşəkkil və böyük siyasi partiyası olaraq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin fəaliyyətinin hər zaman örnək olduğunu və gənclərimizin gələcək fəaliyyətlərində daim ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq əzmlə və səylə çalışacaqlarına əminliyini ifadə etdi. Gənclərə uğurlar arzuladı.

Sonda YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov gəncləri maraqlandıran sualları cavablandırdı.

Qeyd edək ki, görüşdə gənclərlə geniş fikir mübadiləsi aparıldı, təklifləri dinlənildi.