YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında partiya sıralarına qəbul olunanlara üzvülük vəsiqələri təqdim edilib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında partiya sıralarına qəbul olunanlara üzvülük vəsiqələrinin təqdim edilməsi mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov açaraq üzvülük vəsiqələrinin təqdimat mərasiminin əlamətdar bir dövrə təsadüf etdiyini qeyd edib. Rayon təşkilatının sədri Azərbaycan xalqının milli bayramı olan Novruz bayramını yüksək əhval-ruhiyyə ilə qarşıladıqlarını vurğulayıb və bütün tədbir iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib, onlara siyasi və əmək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edilib ki, yeni üzvlərin partiya sıralarına qəbulu zamanı onların ictimai fəallığı, siyasi proseslərdə iştirakı, əqidə saflığı əsas meyar kimi götürülür. Bu onu deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünə böyük nüfuz qazanmış partiyadır. Ən müxtəlif peşə sahiblərinin YAP-a üz tutması onun sosial bazasının daha geniş olduğunu göstərir.