YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: 2013-cü ilin dövlət büdcəsi 101,8 faiz icra olunub

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Millət vəkilləri əvvəlcə Türkiyədə baş vermiş faciə nəticəsində dünyasını dəyişən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra iclasda 2013-cu ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirə olunub. Bu haqda maliyyə naziri Samir Şərifov çıxış edib. S.Şərifov 2013-cü il dövlət büdcəsinin mədaxilinin 101,8 faiz, xərclərinin isə 96,4 faiz yerinə yetirildiyini vurğulayıb. Nazir bildirib ki,  bu  dövrdə dövlət büdcəsinin gəlirləri 19159 milyon manat proqnoza qarşı 19496,3 milyon manat, yəni 101,8 faiz icra olunub.

«Bu da  ötən ilin icra göstəricisinə nisbətən 12,8 faiz çoxdur. ÜDM-də dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi 33,8 faiz təşkil edib və bu da ötən ilin müvafiq göstəricisindən 2,2 faiz çoxdur. ÜDM-in həcmində 5,8 faiz, qeyri-neft sektorunda isə  10 faiz artım qeydə alınıb. S.Şərifov onu  da  vurğulayıb ki, 2013-cü ildə əhalinin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, gəlirləri 6,6 faiz artaraq 4 min manata çatıb. Ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,1 milyard dollar artaraq 50 milyard dolları ötüb»- deyə, nazir vurğulayıb.

Müzakirələrdən sonra deputatlar qanun layihəsini qəbul ediblər.

 

DİGƏR Xəbərlər Arxiv