YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilib

Ötən il Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17615,8 milyon manat vəsait yönəldilib ki, onun da 75,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib, onun 63,4 faizi dövlət bölməsinin hesabına formalaşıb.
Xarici mənbələrdən əsas kapitala 4880,4 milyon manat investisiya yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 4484,2 milyon manatı Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.