YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın yolu Heydər Əliyev yoludur və bu yol daim xalqımıza uğurlar gətirəcək

«Azərbaycan bütün sahələr üzrə uğurla inkişaf edir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, inkişaf baxımından Azərbaycan dünyada lider dövlətlər sırasındadır. Onun sözlərinə görə, ölkəmizin inkişafına qısqanclıqla yanaşan qüvvələr də var.

«Hazırda dünyada mürəkkəb proseslər baş verir. Müəyyən beynəlxalq güclər öz maraqlarını təmin etmək məqsədilə ayrı-ayrı bölgələrdə, ölkələrdə gərginlik yaratmağa çalışırlar. Təbii ki, Azərbaycanda da ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr var. Amma sevindirici haldır ki, Azərbaycan cəmiyyəti intelleklidir və dünyada nələrin baş verdiyini dəqiq qiymətləndirə bilir. Ona görə də, antiazərbaycançı qüvvələr öz məqsədlərini reallaşdıra bilmirlər. İlk Avropa Oyunları ərəfəsində baş verənlər bunu deməyə əsas verir. Azərbaycanın yolu Heydər Əliyev yoludur və bu yol daim xalqımıza uğurlar gətirəcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.