YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın energetika naziri İstanbulda XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək

Azərbaycanın energetika naziri Natiq Əliyev Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə aprelin 8-də İstanbulda AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək XVIII Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək.
İki gün davam edəcək Zirvədə 50 ölkədən dövlət və hökumət rəhbərləri, hökumət üzvləri, digər rəsmi şəxslər, diplomatlar, deputatlar, keçmiş dövlət və hökumət başçıları iştirak edəcəklər. Tədbir çərçivəsində “İpək yolu: iqtisadi, enerji və maliyyə”, “Sülhə gedən yol” mövzuları üzrə ayrı-ayrı bölmələrdə müzakirələr aparılacaq.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, 2014-cü ilin fevralında İstanbulda keçirilmiş XVII Avrasiya İqtisadi Zirvəsi çərçivəsində TANAP, TAP və “Şahdəniz-2” layihələrinin əhəmiyyəti, o cümlədən İpək yolunda regional və qlobal miqyasda enerji və kommunikasiya layihələri, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri müzakirə olunub.