YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Ölkəmizdə qeyri-neft sektorunun inkişafı həmişə diqqət mərkəzində olub

«Ölkəmizdə qeyri-neft sektorunun inkişafı həmişə diqqət mnərkəzində olub. Azərbaycanın dövlət başçısı hökumətin qarşısında qeyri-neft sektorunun inkişafı ilə bağlı müvafiq tapşırıqlar verib». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

V.Əhmədov bildirib ki, texnoparkların yaradılması bu sektorun inkişafında ciddi göstəricidir. Onun sözlərinə görə, ilk olaraq Sumqayıtda böyük texnopark istifadəyə verilib.

«Hazırda Sumqayıtda kimya texnoparkı da inşa olunur. Balaxanıda da böyük texnopark istifadəyə verilib. Nəzərdə tutulub ki, Qardağda, Mingəçevirdə və Gəncədə də texnoparklar inşa olunsun.

Eyni zamanda, daha  iri sənaye parklarının yaradılmasına çalışmaq lazımdır ki, Azərbaycanın dövlət büdcəsinə əlavə dəyər gətirsin, güclü vergi vermək imkanına malik olsun. Bu, çox düzgün siyasətdir. Qeyri-neft sektorunun inkişafı üçün texnoparkları daha da genişləndirmək lazımdır»- deyə, komitə üzvü qeyd edib.