YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı komissarının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Hanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, enerji, mədəni, turizm və digər sahələrdə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulandı, insan haqları məsələləri ətrafında fikir mübadiləsi aparıldı, Azərbaycanda bu istiqamətdə uğurlu işlərin həyata keçirildiyi bildirilərək ölkəmizdə sərbəst toplaşma azadlığı, media, fikir, internet və digər azadlıqların təmin olunduğu qeyd edildi. Söhbət zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların olduğu vurğulandı.