YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidi Mahir Quliyevin anım günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi şəhidi, tabor komandiri Quliyev Mahir İbrahim oğlunun anım mərasimi keçirilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, partiya üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, gənclər və şəhidin ailə üzvləri iştirak ediblər.

Rayon təşkilatının sədri Həbib Misirov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı, Kəlbəcərli ziyalılar Vahid Həsənov, Nadir Həsənov, Cəfər Əzizoğlu, filоlоgiyа üzrə fəlsəfə dоktоru İlham Məmmədli, tədqiqatçı jurnalist Ədil Arifoğlu, Qarabağ müharibəsi veteranı Mayıl Adilov, pedaqoq Sabir Mirzəyev, Kəlbəcər rayon 18 saylı orta məktəbin direktoru Arzuman Qarayev, Vəkillər Kollegiyasının üzvü Əziz Qənbərov və digərləri tabor komandiri şəhid Mahir Quliyevin keçdiyi şərəfli ömür yolundan və qəhrəmanlığından söz açaraq, qəhrəman döyüşçü ilə bağlı xatirələrini bölüşüblər. Baş leytenant Mahir Quliyevin Murovdağ əməliyyatında, Laçının, Füzulinin, Xocavəndin, Kəlbəcərin müdafiəsində xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərdiyini qeyd ediblər.

Şəhid Mahir Quliyevin qardaşı, əməkdar jurnalist Əlövsət Ağalarov 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın Birinci Qarabağ müharibəsi şəhidlərinin qisasını aldıqlarını söyləyib.