YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: Əminik ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda uğurla keçiriləcək

«Əminik ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda uğurla keçiriləcək». Bu fikri Milli Olimpiya Komitəsinin I vitse-prezidenti Ç.Hüseynzadə deyib.

Ç.Hüseynzadə bildirib ki, Azərbaycan bu möhtəşəm tədbiri yüksək səviyyədə təşkil edəcək. Onun sözlərinə görə, müvafiq qurumlar, qonaqlar ölkəmizdə idman sahəsində yaradılan şəraitlə tanış olublar.

«Bütün gücümüzlə səy göstərəcəyik ki, IV İslam Həmrəyliyi Oyunları uğurlu şəkildə keçirilsin. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Ramazan ayından öncə təşkil olunması planlaşdırılıb. Oyunlarda 19-20 idman növü təmsil olunacaq. IV İslam Həmrəyliyi Oyunlarının proqramı I Avropa Oyunlarının proqramına oxşardır»- deyə, Ç.Hüseynzadə vurğulayıb.