YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Sarkisyan hakimiyyətdə olduğu illər ərzində erməni xalqına böyük zərbələr vurub

«Serj Sarkisyan hakimiyyətdə olduğu illər ərzində erməni xalqına böyük zərbələr vurub». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, artıq xarici ölkələrin ictimai və siyasi həyatında aktiv mövqeyə malik olan erməni diaspora birlikləri Sarkisyanı qəbul etmirlər. Onun sözlərinə görə, bu isə öz-özlüyündə dövlətlə diasporalar arasında   ciddi böhran vəziyyəti yaradır.

«Diaspor təşkilatlarının təmsilçiləri  Sarkisyan rejiminin əleyhinə çox kəskin  bəyanatar səsləndirirlər. Bütün bu hadisələr saxta “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə də özünü büruzə verəcək.  Yəni vahid mərkəzdən idarə olunan tədbirlərdən danışmaq mümkün olmayacaq. Çünki Sarkisyan erməni xalqına ən böyük pisliyin nümunəsidir»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv