YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir

«Azərbaycan mötəbər beynəlxalq tədbirlərin məkanı kimi dünyada böyük nüfuz sahibidir. Bu tədbirlər müxtəlif sahələri əhatə edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi haqqında müqavilənin imzalanması da bu baxımdan əhəmiyyətlidir. Onun sözlərinə görə, bu fakt Azərbaycanın idman ölkəsi olduğunu təsdiqləməklə yanaşı, İslam dünyasında da nüfuzunun göstəricisidir.   

«Həyata keçirilən siyasət Azərbaycanın İslam aləmində nüfuzlu, mötəbər dövlət kimi tanınmasını şərtləndirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, ölkəmiz müsəlman ölkələri ilə ikitərəfli və çoxtərəfli əlaqələrə malikdir və münasibətlərin inkişafı, bütövlükdə, İslam coğrafiyasında həmrəyliyin təmin olunmasına xidmət edir. Ümumiyyətlə, bu gün Azərbaycanla müsəlman ölkələri arasındakı münasibətlər bütün sahələrdə dinamik inkişaf tendensiyasına malikdir. Qarşılıqlı əlaqə və təmasların sıxlaşdığı bir dövrdə Azərbaycanla digər müsəlman ölkələri arasındakı münasibətlər, qarşılıqlı dəstək və işbirliyi meyilləri daim inkişaf etdirilməkdədir. Ölkələr arasında ikitərəfli və çoxtərəfli formatda mövcud olan yüksək səviyyəli təmasların fonunda siyasi, iqtisadi, mədəni, elmi, dini, humanitar və digər sahələrdə möhkəm həmrəyliyin formalaşdırılması yönündə mühüm addımlar atılmaqdadır»- deyə, K.Əliyeva vurğulayıb.