YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Örl Litzenberqer: Azərbaycan və ABŞ insan hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlıq edir

Azərbaycanla ABŞ insan hüquqlarının müdafiəsi sahəsində sıx əməkdaşlıq edirlər. Düşünürəm ki, insan alverinə qarşı mübarizədə müsbət irəliləyiş var.

Bu fikirləri Amerika Birləşmiş Ştatlarının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer martın 19-da jurnalistlərə müsahibəsində söyləyib.

Səfir digər sahələr üzrə də birgə əməkdaşlıqda işlərin öz axarında getdiyini qeyd edib.

Həmçinin tələbə gənclərə müraciətində səfir onlara diplomat olmağı arzulayıb.

“Çox şadam ki, bu peşəni seçmişəm. Dünyanın 10 ölkəsində fəaliyyət göstərmişəm və maraqlı insanlarla tanış olmuşam. Ümid edirəm ki, gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaqsınız və ya ABŞ-a səfər edəcəksiniz. İnanıram ki, siz gənclər Azərbaycanın çiçəklənməsi üçün öz töhfənizi verəcəksiniz", - deyə Örl Litzenberqer vurğulayıb.