YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları keçiriləcək

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 2022-ci ilin aprel-may aylarında keçiriləcək idman yarışların mahiyyəti haqqında məlumat verib. Bildirib ki, idman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü həsr olunub.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov yarışlara hazırlıq prosesi ilə bağlı məlumat verib.

Daha sonra yarışlarda iştirak edəcək komandaların nümayəndələrinin iştirakı ilə püşkatma mərasimi keçirilib.