YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirəcək

«Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir, beynəlxalq aləmdə nüfuzlu ölkələrdən birinə çevrilib. Amma xaricdəki bəzi dairələr ölkəmizin uğurlarına qısqanclıqla yanaşır». Bu fikirləri   Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, «Bakı 2015» Avropa Oyunlarının boykotu ilə bağlı çağırışlar da xaricdəki antiazərbaycan mərkəzlərin sifarişidir. Onun sözlərinə görə, belə çağırışlarda məqsəd qüdrətlənən Azərbaycan dövlətinin uğurlarına kölgə salmaqdır.

«Digər tərəfdən isə, Azərbaycana qarşı siyasi təzyiq göstərməyəçalışırlar. Bu cür çağırışların heç bir əsası yoxdur və nə Avropa, nə də digər dünya dövlətləri Azərbaycanla bağlı neqativ mövqe tutmayacaq. Əksinə, bu gün Azərbaycanla əməkdaşlıq bir prestijə çevrilir. Amma Azərbaycanla bağlı rəyi korlamağa çalışan müəyyən mərkəzlər var. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi onların bütün planlarını alt-üst edir. Bu olimpiadanın Azərbaycanda keçirilməsinə maneə ola bilməsələr də oyunlar ərəfəsində ölkəmiz haqqında mənfi fikir yaratmağa çalışırlar. Ancaq, onların bütün çağırışlarına baxmayaraq Azərbaycan bu tədbiri  yüksək səviyyədə keçirəcək»- deyə, A.Mirzəzadə vurğulayıb.