YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Son illər ölkədə müəssisələrin böyük hissəsi regionların payına düşür

«Regionların sosial-iqtisadi inkişafı çərçivəsində  bölgələrdə sənaye müəəsisələrinin yaradılması çox əhəmiyyətlidir. Son illər ölkədə müəssisələrin böyük hissəsi regionların payına düşür». Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu, bölgə əhalisinin işlə təminatı baxımdan ciddi fakt olmaqla yanaşı bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir. Onun sözlərinə görə, son illərdə ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də, neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur.

«Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq ki, sənaye sahəsinin inkşafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyr-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq»- deyə, S.Hüseynova qeyd edib.