YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin fəalları ilə Qusar rayon gənclərinin görüşü olub

YAP Gənclər Birliyinin üzvləri Qusar rayonunda səfərdə olmuşlar.

Səfər çərçivəsində Qusar rayonunda yerləşən Heydər Əliyev Mərkəzində YAP Gənclər Birliyinin fəalları ilə rayon gənclərinin görüşü baş tutmuşdur.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur  Orucov, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Qusar rayon təşkilatının sədri, partiyanın Siyasi Şuranın üzvü  David İbramxəlilov iştirak etmişlər.
Tədbiri YAP Qusar rayon təşkilatının sədri David  İbramxəlilov açaraq, ölkəmizdə həyata keçirilən gənclər siyasətindən danışmışdır.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, Respublika Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasətində gənclərlə iş xüsusi yer tutur. YAP Gənclər Birliyinin ölkəmizdə ən böyük gənclər təşkilatı olduğunu deyən Seymur Orucov partiyanın sıralarında yüksək intellektli gənclərin birləşdiyini diqqətə çatdırmışdır.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs etmişdir.

Görüşdə region gəncləri ilə YAP Gənclər Birliyinin fəal üzvləri arasında maraqlı diskusiya, səmərəli təkliflər səsləndirilmişdir.
Görüşdən sonra rayonun fəal gəncləri ilə birgə YAP GB və Level Up tədris və inkişaf mərkəzinin birgə təşkil etdiyi “Fərdi inkişaf” mövzusunda təlim keçirilmişdir.

YAP Gənclər Birliyinin fəallarının Qusar rayon gəncləri ilə görüşü çərçivəsində paytaxt və region gəncləri arasında Qusar rayonunda yerləşən  Olimpiya İdman Kompleksində futbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.