YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Budaqov: Ulu öndər Heydər Əliyev Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlər göstərib

“Hər il ənənəvi olaraq Azərbaycan xalqının ümummilli lideri, müasir və müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası tərəfindən silsilə tədbirlər keçirilir. Bu gün isə Ulu Öndərimizin anadan olmasının 99-cu ildönümü münasibətilə “Heydər Əliyev siyasəti: Modern dövlət quruculuğundan böyük zəfərə doğru” mövzusunda konfrans təşkil olunub. Yeni Azərbaycan Partiyasının rəhbərliyinin və partiyanın strukturuna daxil olan qurumların təmsilçilərinin, dövlət nümayəndələrinin iştirak etdiyi konfransda ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri ilə bağlı məruzələr dinlənilib”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Heydər Əliyevin dünya şöhrətli siyasətçi və dahi şəxsiyyət olduğunu qeyd edən Tahir Budaqovun sözlərinə görə, Ümummilli Liderimiz istər sovet dönəmində respublikamıza rəhbərlik etdiyi vaxt, istərsə də müstəqillik dövründə Azərbaycan dövləti üçün o zaman bəlkə də çoxlarının dərk edə bilmədiyi, elə bir işlər gördü ki, onların xalqımız və dövlətimiz üçün bəhrəsini biz on illərdən sonra şahidi olmuşuq. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın müstəqil, suveren dövlət kimi bərqərar olub inkişaf etməsində, tərəqqisində və bu gün dünya birliyində layiqli yer tutmasında Heydər Əliyev ideyalarının, onun siyasətinin əvəzsiz rolu vardır. “Bu gün də həmin siyasət uğurla davam edir. Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin davamçısı olaraq ölkəmizi daha uca, yeni zirvələrə yüksəldib. Ulu Öndərimizin misilsiz xidmətləri, zəngin irsi bundan sonra da öyrəniləcək”, - deyən YAP Mərkəzi Aparatının rəhbəri dahi şəxsiyyətin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlərin bütün respublikanı əhatə etdiyini diqqətə çatdırıb.

“Mayın 10-da isə Yeni Azərbaycan Partiyasının nümayəndələri olaraq Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək, onun əziz xatirəsini  dərin hörmət və ehtiramla yad edəcəyik”, - deyə Tahir Budaqov vurğulayıb.